!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BƏƏ Suriyaya İsrail-Həmas münaqişəsi ilə bağlı xəbərdarlıq etdi: MÜDAXİLƏ ETMƏ

!Reklam – Yazi

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Suriya hökumətini İsraillə Fələstinin Həmas hərəkatı arasında münaqişəyə müdaxilə etməməsi barədə xəbərdarlıq edib. BƏƏ Suriya hakimiyyətini Suriya ərazisindən İsrailə hücumların qarşısını almağa çağırıb.

Yenicag.az xəbər verir ki, bu barədə Axios portalı mənbələrə istinadən məlumat yayıb.

Portalın məlumatına görə, BƏƏ rəsmiləri Suriya rəsmiləri ilə təmasları barədə ABŞ prezidenti Co Bayden administrasiyasını məlumatlandırıblar. Əmirlik rəsmisi “özəl diplomatik danışıqları müzakirə etməyəcəyini” söyləyib. Suriyanın BMT-dəki missiyası məlumatı şərh etməyib.

Xatırladaq ki, İsraillə HƏMAS arasında müharibə oktyabrın 7-də səhər saatlarında İsrail ərazisinə yüzlərlə raket atılması ilə başlayıb. HƏMAS silahlıları bir sıra yaşayış məntəqələrini nəzarətə götürüb, İsrail isə Qəzza zolağında əməliyyat keçirir./qaynarinfo

www.yenicag.az

188
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv