!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Bəhram Bağırzadədən illər sonra ETİRAF: “Yalnız bir qız məni “iqnor” etdi, onunla da...”

!Reklam – Yazi

“19 yaşımdan məşhur olmuşam. Xanımlar özləri yaxınlaşıb mənimlə tanış olurdular. Yalnız bir qız məni “iqnor” etdi…”

Yenicag.az xəbər verir ki, bunu əməkdar artisti Bəhram Bağırzadə özəl sirlərini bölüşərkən deyib.

O, çox erkən yaşlarda məşhurlaşdığını və xanımların diqqət mərkəzində olduğunu bildirib.

Aktyor həmin vaxtlarda ona laqeyd münasibət bəsləyən bir qıza qarşı məhəbbətindən və bu bu sevginin evliliklə nəticələnməsindən danışıb:

“Mənə biganə olan o qıza dedim ki, baxarıq… 22 ildir bir yerdəyik. Allah ona da, mənə də ömür versin, heç olmasa, 30 il də bir yerdə olaq. O insan Allahın izni ilə məni dartıb o dünyadan çıxardı. O, mənim həyatımda olmasaydı, artıq getmişdim. Ağır günlərimdə lazımi yerlərə zəng etdi, 20 gün komada, 92 gün yataqda olanda o adam mənim yanımda oldu.

Mən ona ömrümün axırına qədər hörmət edəcəm. Hələ olmayıb ki, mən ona “yox” deyim. Həmişə “hə” demişəm”.

Bəhram Bağırzadə bu sözləri efirdə söyləyib.

Cəvahir

www.yenicag.az

295
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv