!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bəhram Osmanov teatrdakı vəzifəsindən niyə getdi? - “Buna məcbur oldum” - AÇIQLAMA

!Reklam – Yazi

“Bu səbəbdən teatrın baş rejissoru olaraq vəzifədə qalmağım mümkünsüz idi. Cənab nazirdən xahiş etdim və öz xahişimlə bu vəzifədən ayrıldım”.

Bunu Yenicag.az-a açıqlamasında Əməkdar incəsənət xadimi Bəhram Osmanov teatrdakı vəzifəsindən ayrılması ilə bağlı sualımızı cavablandırarkən deyib.

Rejissor buna məcbur olduğunu bildirib:

“Azərbaycandan kənarda – Belarus, Samara, Qroznıda çoxlu sayda işlərim var. Onlarla müqavilələrim var idi, amma pamdemiyaya görə yerinə yetirə bilmədim. Buna görə məcburam, gedib o müqavilələri yerinə yetirim. Həm də bu səfərlər uzunmüddətli olduğu üçün teatrın baş rejissoru olaraq vəzifədə qalmağım mümkünsüz idi”.

Xatırladaq ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru vəzifəsinə Əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadə təyin olunub.

Cəvahir

www.yenicag.az

988
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv