!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Bej Kitab" hesabatı: İnflyasiyanın təzyiqləri azalır

!Reklam – Yazi

ABŞ-də şirkətlərin inflyasiyadan qaynaqlanan təzyiqlərinin azaldığı açıqlanıb.

Yenicag.az “Sözçü”yə istinadən bildirir ki, bu barədə ABŞ Federal Ehtiyat Sisteminin (FED) dərc etdiyi “Bej Kitab” hesabatda məlumat verilib.

FED-in ölkəni təşkil edən 12 bölgədə oktyabrın 7-nə qədər apardığı araşdırmaları bir araya gətirən hesabatına görə, inflyasiyadan gələn təzyiqlər bir qədər azalıb və bu azalmanın davam edəcəyi gözlənilir. Bu fonda mərkəzi bankın ardıcıl dördüncü dəfə faiz dərəcələrini 75 baza bəndi artıracağına dair gözləntilərinin ciddi bir dəyişikliyə səbəb olmayacağı proqnozlaşdırılır.

Baxmayaraq ki, şirkətlər qiymət təzyiqlərinin yüksək olaraq qaldığını qeyd edirlər.

Belə ki, iqtisadi aktivliyin azaldığı bölgələrdəki şirkətlər tələbin zəif olmasının yüksək faiz dərəcələri, inflyasiya və təklifin azalması ilə bağlı olduğunu bildiriblər.

Gülşən

www.yenicag.az

294
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv