!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Bekhem Messi HAQQINDA: "Ən təvazökar super ulduz"

!Reklam – Yazi

Devid Bekhem Lionel Messini ən təvazökar super ulduz adlandırıb.

Yenicag.az bu barədə The Times-a istinadən xəbər verir.

İngiltərə millisinin sabiq yarımmüdafiəçisi və “İnter Mayami”nin sahibi Devid Bekhem komandanın hücumçusu Lionel Messi haqda danışıb.

O, argentinalını ən təvazökar super ulduz adlandırıb.

“Onu canlı görən hər kəs onun fərqli, qeyri-adi olduğunu bilir. İnsanlar ona uyğunlaşmaq üçün vaxt lazım ola biləcəyini söyləyirdilər. Amma bu, onda bir neçə saniyə çəkdi”, – Bekhem bildirib.

İngilis futbolçu Messinin “İnter”dəki çıxışını da yüksək qiymətləndirib.

“Leo insanlara heç vaxt unutmayacaqları anlar bəxş edir. Amerikalı tamaşaçıların xoşladığı şey budur – əylənmək”, – Bekhem əlavə edib.

Qeyd edək ki, 36 yaşlı Messi iyulun 15-də “İnter Mayami”nin heyətinə qoşulub. Onun klubla müqaviləsi 2024/2025 mövsümünün sonuna kimidir.

Komandanın tərkibində o, Liqa Kubokunu qazanıb.

Xuraman Etibarlı

www.yenicag.az

167
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv