!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Belçika və Niderlanddan Türkiyəyə dəstək: “İstiqlal marşı” çalındı - VİDEO

!Reklam – Yazi

Türkiyədə baş verən zəlzələ ilə əlaqədar olaraq Belçika və Niderlandda maraqlı addım atılıb.

Yenicag.az xəbər verir ki, həmin ölkələr dəstək məqsədi ilə öz kilsələrində “İstiqlal Marşı”nı səsləndirib.

Belçikanın Antverpen Bələdiyyəsinin dünən verdiyi qərarla Türkiyədə zəlzələdə həyatını itirənlər üçün şəhərin mərkəzindəki tarixi kilsənin qarşısında anma mərasimi keçirilib.

Mərasimdə Antverpen Bələdiyyə Başçısı Bart De Vever, Türkiyənin Antverpen üzrə Baş konsulu Batu Keskin və şəhərdə yaşayan çox sayda türk iştirak edib. Şəhərin ən qədim binası olan Antverpen qəsrinin qarşısında Türkiyə bayrağı ucaldılıb.

Bələdiyyə zəlzələ qurbanlarına 20 min evro dəstək ayırmağa və Türkiyəyə axtarış-xilasetmə işləri üçün yardım qrupu göndərməyə qərar verib.

Həmçinin Nidelandın Zvolle şəhərinin simvolik binalarından biri olan “De Peperbus” kafedralında da eyni addım atılıb.

Zvolle Bələdiyyəsi Niderland Qırmızı Xaç Cəmiyyətinin Türkiyə və Suriyadakı zəlzələ qurbanları üçün başlatdığı kampaniyaya şəhərdə yaşayan hər bir şəxs adına 1 avro olmaqla cəmi 132.500 avro yardım edəcəyini açıqlayıb.

www.yenicag.az

384
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv