!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Belçika yığması Azərbaycan millisi ilə oyundan əvvəl problemlərlə üzləşdi

!Reklam – Yazi

Belçika yığması Bakıda Azərbaycan millisinə qarşı keçirəcəyi AVRO-2024-ün seçmə mərhələsi oyunundan əvvəl problemlərlə üzləşib.

Yenicag.az xəbər verir ki, baş məşqçi Domeniko Tedesko yığmanın əsas üzvlərindən qapıçı Tibo Kurtua və yarımmüdafiəçi Kevin De Bruynenin zədə səbəbindən uzun müddətə sıradan çıxmasından narahatdır.

Tedesko, həmçinin özünə klub tapa bilməyən Romelu Lukakunu da toplanışa çağırmaya bilər. Forvard müqavilə ilə İngiltərə “Çelsi”sinə məxsus olsa da, London təmsilçisindən ayrılmaq niyyətindədir.

Baş məşqçi daha əvvəl yalnız öz komandalarında müntəzəm çıxış edən oyunçuların heyətə cəlb olunacağını açıqlamışdı.

Qeyd edək ki, sentyabrın 9-da Azərbaycan millisinin qonağı olacaq Belçika üç gün sonra Estoniya yığmasını qəbul edəcək.

Mənbə: “Voetbalnieuws”

www.yenicag.az

228
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv