!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Belçikada itkin düşmüş azərbaycanlı ölkəyə gətirildi

!Reklam – Yazi

Belçikada itkin düşmüş Azərbaycan vətəndaşı Nizami Məmmədov Vətənə gətirilib.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycanın Belçikadakı Səfirliyindən bildiriblər.

Qeyd olunub ki, Nizami Məmmədovun Azərbaycana göndərilməsi prosesi uğurla başa çatıb.

Xatırladaq ki, 5 may 2023-cü il tarixində Azərbaycan Respublikasının vətəndaşı, 1989-cu il təvəllüdlü Nizami İbrahim oğlu Məmmədovun qohumları tərəfindən onun Belçikanın Brüssel şəhərində olduğu və yardıma ehtiyac duyduğu barədə Azərbaycan Respublikasının Belçikadakı Səfirliyinə məlumat daxil olub.

Nizami Məmmədovun yeri müəyyən edildikdən sonra səfirlik əməkdaşları ilə söhbət zamanı o, valideynlərinin yanına qayıtmaq istəməsə də, sonradan Azərbaycan gəlməyə razılıq verib.

www.yenicag.az

249
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv