!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Belə getsə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi yox, kapitulyasiya aktı imzalanacaq" - Partiya sədri

!Reklam – Yazi

“Bu regionda Ermənistan adlı dövlət heç kəsə lazım deyil”.

Bu sözləri Ermənistan Azərbaycan arasında baş verən danışıqlar, separatçı rejimin aqressivliyi və Azərbaycanın atmalı olduğu addımları dəyərləndirən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.

Elşad Musayev bildirib ki, ermənilərin anladığı tək dil sərt gücdür:

“Azərbaycanda hamı sülh müqaviləsinin imzalanacağını, mən isə tam əksini deyirəm. Biz danışığa ona görə gedirik ki, basqıları neytrallaşdırmalıyıq.

Ermənilər yalnız güc dilində başa düşür. Antiterror əməliyyatları keçirildi, sərhəd-buraxılış məntəqəsi də xoşluqla qoyulmadı. Ruslarla üz-üzə gəldik.

Ruslar icazə vermək istəmirdi. Rusiya Volkovu ona görə burdan göndərdi ki, işinin öhdəsindən gələ bilmirdi.

Azərbaycan danışıqlar aparmaqla dünyaya sübut edir ki, ermənilər sülh istəmir. Zəngəzur dəhlizi açılmasa, Azərbaycan antiterror əməliyyatı keçirəcək, Xankəndi boşaldılacaq, Arayik Arutyunyan da ya həbs ediləcək, ya da müqavimət göstərərsə, yerindəcə məhv ediləcək. Bunu qısa müddətdə həll etməliyik. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi yox, kapitulyasiya aktı imzalanacaq”.

Səxavət Məmməd

www.yenicag.az

673
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv