!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Belə vəziyyətə səbəb Paşinyan hökumətidir” - Politoloq şərhi

!Reklam – Yazi

“Paşinyan Ermənistanın Azərbaycanla bir səviyyədə dayanacaq iqtidarda olmadığını anlayır”.

Bunu Ermənistan blokunun deputatı İşxan Saqatelyanın “hakim rejim Ermənistan və Qarabağ haqqında deyil, öz təhlükəsizliyi barədə düşünür” bəyanatına münasibət bildirən siyasi şərhçi Samir Hümbətov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Paşinyan Azərbaycanın Vətən müharibəsindəki qələbəsinə qədər yeni ərazilər işğal etməyi düşünüb:

“Məğlubiyyətdən sonra Ermənistan nəyinki yeni ərazi, Qarabağ iddiasından belə əl çəkib. Reallığı dərk edən Paşinyan özbaşınalığın nəyə gətirib çıxaracağını bilir.

Ermənistan deputatı İşxan Saqatyanın söylədiyi fikirlər müəyyən mənada doğrudur. Paşinyan artıq “Qarabağ Ermənistanındır” kimi sərsəm bəyanatlarla çıxış edə bilmir. Paşinyanın indi belə bəyanatlardan çəkinməsinin səbəbi Azərbaycanın 44 günlük müharibədə qələbə qazanmasıdır. O, Azərbaycanın hər bir sahədə inkişaf etdiyini anlayır və dərk edir ki, Ermənistan Azərbaycanla bir səviyyədə dayanacaq iqtidarda deyil.

Belə fikirlərin səsləndirilməsinin arxasında Ermənistanda Paşinyan hökumətinin yaratdığı vəziyyət dayanır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

1296
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv