!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bələdiyyə seçkilərinin ölkədə siyasi aktivlik yaradacağını düşünmək...” – Müstəqil siyasətçi

!Reklam – Yazi

“Təəssüf ki, bələdiyyələrin icra hakimiyyəti orqanlarından asılılığı siyasi qüvvələrin bu seçkilərə marağını azaldır”.

Bu fikirləri bir sıra partiya sədrlərinin növbəti bələdiyyə seçkilərinin keçiriləcəyi 2024-cü ildə ölkədə siyasi fəallığın artacağına dair gözləntilərini dəyərləndirən müstəqil siyasətçi Qulamhüseyn Əlibəyli Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, bələdiyyə seçkilərinin siyasi fəallığı artıracaq kampaniya olacağı ehtimalı yüksək deyil:

“Bəli, istənilən seçki hər hansı ölkədə siyasi fəallığı və rəqabəti artıran mühüm amildir. Çünki istər siyasi qüvvələr, istərsə də cəmiyyət məhz seçki dönəmində aktivləşir, mübarizə aparır.

Ancaq gələn keçirilməli olan bələdiyyə seçkilərinin ölkədə siyasi aktivlik yaradacağını düşünmək üçün elə də ciddi əsas yoxdur. Təəssüf ki, bələdiyyələrin icra hakimiyyəti orqanlarından asılılığı siyasi qüvvələrin bu seçkilərə marağını azaldır.

Ancaq gələn il təyin olunması gözlənilən parlament seçkilərinin siyasi fəallığa təkan verəcəyini gözləmək olar. Çünki həmin seçkilərdə iştirak və mümkün qədər yüksək nəticə əldə etmək bütün siyasi qüvvələrin marağındadır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

222
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv