!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bellingcat: “Zalujnı siyasi ambisiyasından əl çəkdiyi üçün 53 milyon dollar təzminat alıb” - VİDEO

!Reklam – Yazi

Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı 53 milyon dollar və Londonda səfir postu alıb.

Yenicag.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Nəşr bildirir ki, Ukrayna Silahlı Qüvvələrinin keçmiş komandanı Valeri Zalujnı Böyük Britaniyadakı səfir vəzifəsindən əlavə, Ukrayna prezidentliyinə namizəd olmaqdan imtina etdiyi üçün 53 milyon dollar alıb.

“Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı Ukrayna prezidenti postuna iddialarından və hər hansı siyasətdə iştirakından imtina etdiyinə görə ödəniş olaraq 53 milyon dollar alıb”, – materialda deyilir.

Qeyd edək ki, bir müddət əvvəl KİV Ukrayna prezidenti Vladimir Zelenskinin Zalujnının media sahəsində populyarlığının artması səbəbindən ondan yaxa qurtarmaq niyyətində olduğunu yazıb.

Bundan əlavə, Ukrayna liderinin onu dövlət başçısı postuna iddialı rəqib kimi gördüyü bildirilirdi.

Yanvarın sonunda Zalujnı Ukrayna qüvvələrinin baş komandanı vəzifəsindən kənarlaşdırılıb, onunla bərabər müavinləri də işdən çıxarılıb.
Keçmiş baş komandan Ukraynanın Böyük Britaniyadakı səfiri təyin edilib.

Xuraman Etibarlı

www.yenicag.az

117
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv