!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bənövşə” restoranı bağlandı

!Reklam – Yazi

Azərbaycan Qida Təhlükəsizlik Agentliyi (AQTA) Şəki şəhəri B.Vahabzadə küçəsi, Kiş yolunda fəaliyyət göstərən, fiziki şəxs Əliyev Namiq Mabud oğluna məxsus “Bənövşə” restoranın fəaliyyətini məhdudlaşdırıb.

Bu barədə Yenicag.az-a AQTA-dan məlumat verilib.

Bildirilib ki, baxış zamanı ictimai iaşə müəssisəsində sanitar-gigiyenik qaydalara əməl edilmədiyi, temperaturun monitorinq və qeydiyyatının aparılmadığı, müvafiq təmizlik işlərinin həyata keçirilmədiyi, işçi heyətin xüsusi geyim forması ilə təmin edilmədiyi və digər nöqsanlar müəyyən olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı müəssisədə işlərin görülməsinə, xidmətlərin göstərilməsinə dair məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub və sahibkarlıq subyekti inzibati məsuliyyətə cəlb edilib.

Agentlik əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.

 

www.yenicag.az

217
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv