!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Benzin və dizeldə QİYMƏT ARTIMI: Hansı ölkə və səbəblər rol oynayır? - ŞƏRH

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, benzin və dizelin qiymətinin bahalaşması ilə bağlı müzakirələr gedir.

Bəs, benzin qiymətinin qalxmasının hansı səbəbləri var? İqtisadı aspektlərdən yanaşsaq, hansı prosesler burada rol oynayır?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən millət vəkili Vahid Əhmədov bildirib ki, Səudiyyə Ərəbistanı neftin ixracını azaltmaq istəyir:

“OPEC təşkilatları ümumi rəyə gəlsələr, hasilat azalacaq. Hasilat azalanda neftin qiymətində artım baş verir. Azərbaycan neftinin də qiyməti artıb. Bunlar hamısı normal proseslərdir. OPEC təşkilatlarının daxilində gedən sövdələşmələrdir. Amma biri var neft idxal edən ölkələr, biri də var ixrac edən ölkələr. Təbii ki, neft idxal edən ölkələr qiymət artımının tərəfdarı deyillər. Məsələn ABŞ, Çin və s. buna etiraz edirlər. Lakin bu cür qərarlar mütəmadı qəbul olunur. Artımın kəskin və ya cüzi məbləğ olması bəlli deyil. OPEC təşkilatlarının imzaladığı müqavilələrdən asılıdır”.

Şahanə Paşa

www.yenicag.az

209
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv