!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bəraət alan şəxsə kompensasiya necə və kim tərəfindən verilməlidir? – Hüquqşünas danışdı

!Reklam – Yazi

Ötən həftə Azərbaycanda, hətta dünya məhkəmə-hüquq sistemində nadir halda baş verən hadisələrdən biri qeydə alındı. Azərbaycanda ömürlük həbs cəzası almış məhkum 9 ildən sonra bəraət aldı. 2013-cü ildə birlikdə yaşadığı qadını və onun qardaşı qızını zəhərləyib öldürməkdə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilmiş Aydın Qəhrəmanov Ali Məhkəmənin qərarı ilə azadlığa buraxıldı. Məsələ ilə bağlı ilk olaraq Aydın Qəhrəmanovun vəkili Tərlan Azayev bildirib ki, müvəkkili ilə bağlı tezliklə kompensasiya üçün müraciət edəcəklər.

Yenicag.az xəbər verir ki, bəraət almış şəxslərin kompensasiya ilə bağlı müraciəti məsələsinə dair Yenisabah.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, bu cür haqsızlıqla üzləşmiş şəxslər mütləq məhkəməyə müraciət etməlidir.

“Ümumiyyətlə kimliyindən və miqdarından asılı olmayaraq, şəxsin azadlığı onun ən böyük zinətidir. Hər hansı bir qondarma ittiham və ya istintaq orqanının düzgün olmayan təqsirləndirməsi nəticəsində şəxsin azadlıqdan məhrumetmə cəzası alması, hətta sonradan bəraət almış olsa belə, onun səhhətində və psixologiyasında olduqca ağır zədələr, izlər buraxır. Birinci növbədə onu bilmək lazımdır ki, Azərbaycan Respublikasının Cinayət-Prosesual Məcəlləsinə görə, törədilmiş əməldə cinayət tərkibinin olmaması, şəxsin cinayətdə təqsirinin sübuta yetirilməməsi onun bəraət alması üçün əsasdır.

Qeyd edim ki, şəxs bu məsələdən sonra ona dəymiş zərərlə bağlı məhkəməyə müraciət etmək istəyərsə, kompensasiya şəkilində bəzi ödənişlərini geri ala bilər. Məsələn, istintaq dövründə və ya cəza çəkdiyi müddət ərzində onun məhrum olduğu əməkhaqqının, pensiya müavinətinin, məhkəmə və ya istintaq orqanları tərəfindən onun qanuni əsaslarla qazanmış olduğu və məhrum olunduğu əmlakın üzərinə qoyulmuş məhdudiyyətlərin götürülməsini əldə edə bilər. Qeyd edim ki, 1998-ci il tarixli tətqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş zərər dövlət tərəfindən ödənilməsi hüququ təmin olunub. Eyni zamanda bildirim ki, vətəndaşlar həbsdə saxlandığı müddətdə qeyri-qanuni davranışa və günlərə görə Maliyyə Nazirliyini məhkəməyə verə və ona dəymiş zərəri tələb edir”.

www.yenicag.az

207
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv