!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bərdə sakinindən metamfetamin və heroin götürüldü

!Reklam – Yazi

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenicag.az-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Rəcəb Rəcəbov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman satış məqsədi ilə əldə etdiyi külli miqdarda metamfetamin və heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Bərdə RPŞ-də Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılıb, R.Rəcəbov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

www.yenicag.az

349
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv