!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bərdədə antisanitar şəraitdə fəaliyyət göstərən ictimai iaşə müəssisəsi aşkarlandı - FOTO

!Reklam – Yazi

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bərdə rayonunda fəaliyyət göstərən kafedə yoxlama aparıblar.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, yoxlama zamanı Bərdə şəhərinin H.Əliyev prospektində fəaliyyət göstərən, fiziki şəxs Xaliq Əli oğlu Şərifiyə məxsus “Söyüdlük” kafesində qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalara əməl edilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin normativlərə cavab vermədiyi müəyyən olunub, həmçinin müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, ictimai iaşə müəssisəsinin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

www.yenicag.az

167
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv