!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bərdədə qadının ölümününə səbəb olmaqda şübhəli bilinən həkimin cinayət işi məhkəməyə göndərildi

!Reklam – Yazi

Bərdədə qadının ölümününə səbəb olmaqda şübhəli bilinən həkimin cinayət işi məhkəməyə göndərilib.

Bu barədə Yenicag.az-a Bərdə rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, Tərtər rayon sakini Sahilə Əsədovanın ötən il iyulun 8-də Bərdə Diaqnostika Mərkəzində ölməsinə dair rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı yekunlaşıb. İstintaqın gedişində Sahilə Əsədovanın ölümünün cərrahiyyə əməliyyatı zamanı həkim səhvindən baş verməsinə əsaslı şübhələr müəyyən edilib.

Həkim ümumi-cərrah vəzifəsində işləyən Teymur Əlləzova Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Bərdə rayon məhkəməsinə göndərilib.

www.yenicag.az

235
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv