!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Berdiməhəmmədov prezidentlikdən gedir: Türkmənbaşının dünyaya səs salan sərgüzəştləri - 10 FAKT / FOTO-VİDEO

!Reklam – Yazi

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov postunu gənc rəhbərə vermək niyyətində olduğunu bildirib və ölkədə növbədənkənar prezident seçkiləri keçirilməsi qərarlaşdırılıb. Qərara əsasən, seçkilər cari ilin 12 martında keçiriləcək.

Berdiməhəmmədovun bu qərarından sonra prezident olarkən verdiyi əcaib qərarlar və qəribə davranışları yenidən gündəmə gəlib. Türkmənistan Prezidentinin geniş marağa səbəb olan və onun Şimali Koreyanın rəhbəri Kim Çen İnlə müqayisə edilməsinə yol açan qərar və davranışlarını sizin üçün topladıq.

1. Paytaxtda rəngli maşın qadağası

Berdiməhəmmədov ölkənin paytaxtı Aşqabadda rəngli avtomobillərin sürülməsini qadağa etməsilə gündəmə gəlmişdi. Maşın tutqusu olan prezident bütünlüyü ilə ağ binalardan ibarət olan paytaxtda ağ rəngli maşından başqa digər avtomobillərin idarə edilməsinə sözlü qadağa qoymuşdu.

2. Türkmənbaşının at heyranlığı

Berdiməhəmmədov həm də atlara olan vurğunluğu ilə tanınır. Paytaxtada türkmən atının heykəlləri çoxluq təşkil etdiyi kimi prezidentin iş otağı da başdan ayağa at rəsm və heykəlləri ilə doludur. Qurbanqulu Berdiməhəmmədovun iş otağının görünütüsü yayımlandığı zaman yenə məzə obyektinə çevrilmişdi.

3. Berdiməhəmmədov və Alabay

Türkmənistan Prezidenti atlarla yanaşı, itlərə olan tutqusu ilə də tanınır. Alabay cinsi itlərə sahib olan Berdiməhəmmədov bu itlərdən hədiyyə kimi də istifadə edir. Rusiya Prezidenti Vladimir Putinə it hədiyyə etdiyi zaman heyvanla davranışı da tənqid oxlarının ona tuşlanmasına səbəb olmuşdu. Bundan başqa, ölkədə rəsmi şəkildə aprel ayının son bazar günü Alabay cinsi itlərin bayramıdır.

4. Müəllimlərlə bağlı təlimat

Ölkə prezidenti dövlət bayrağı rəngi ilə bağlı verdiyi təlimatla da diqqətləri özünə cəlb etmişdi. Belə ki, o, müəllimlərin ancaq yaşıl rəngdə qələm və dəftər istifadə edilməsi tapşırığını vermişdi.

5. Şəkil dəyişikliyi

Berdiməhəmmədov, həmçinin özünə olan düşkünlüyü ilə də ad çıxarıb. Saçlarına dən düşdükdən sonra bütün dövlət idarələrindən saçı qara olan şəkillərin yığışdırılmasını və yerinə yeni – ağ saçlı rəsminin qoyulması əmrini vermişdi. Şəkillər dəyişdirildikdən sonra isə həmin rəsmin arxasındakı türkmən xalısının yenilənməsini istəmiş və proses yenidən təkrarlanmışdı.

6. Ralli həvəskarı

Qurbanqulu Berdiməhəmmədov həm də sürətli maşın həvəskarıdır. Ralliyə olan marağı hər zaman sükan arxasına keçib təhlükəli tryuklar etməsilə nəticələnib.

 

7. Musiqiçilik fəaliyyəti

Bir çox fəaliyyət sahəsinə olan marağı musiqidən də yan keçməyib. Türkmənbaşı bir çox janrda musiqi ifa etməsilə yanaşı, DJ-liklə də məşğuldur. Ən son yeni il gecəsi xalqa konsert vermişdi.

8. Şair Berdiməhəmmədov

Qeyd etdiyimiz kimi, prezident bir çox sahəyə maraq göstərir. Bu sahələrdən biri də şairlikdir. Berdiməhəmmədovun bilinən ən sonuncu şeiri “Durnalar” adlı şeiri idi ki, bunu da Böyük Vətən müharibəsinə həsr etmişdi.

9. İdman

Bu günə qədər türkmən liderin ən çox müzakirə mövzusuna çevrilən hərəkəti toplantıda xüsusi ağırlığı olmayan qızıl “ştanq”ı qaldırması və üzündəki gülüş olub.

Bundan əlavə, hökumət üzvlərilə zala gedib nazirlər necə idman etmək lazım olduğunu öyrətməsi də çox danışılmışdı.

10. Koronavirus qadağası

Son iki ildə dünyanı cənginə almış koronavirus bəlası haqqında göstərişi ilə də gəündəm gələn Berdiməhəmmədov ölkədə koronavirus deyilməsini yasaqlamışdı. O, həmçinin koronavirusdan qrunmaq üçün ən gözəl vasitənin üzərlik yandırmaq olduğunu bildirmişdi.

15 illik hakimiyyəti dövründə verdiyi qərarlarla gündmə gələn Türkmənbaşı Berdiməhəmmədov martın 12-də keçiriləcək seçkilərlə postunu yeni prezidentə təhvil verəcək. Özünün dediyinə görə, “peyğəmbərlik yaşını keçmiş” Berdiməhəmmədov bu addımı gənclərin önünü açmaq üçün atır. Hazırda prezidentlik postuna ən güclü namizəd isə Qurbanqulu Berdiməhəmmədovun oğlu Sərdar Berdiməhəmmədovdur.

 

www.yenicag.az

674
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv