!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bərzaninin Azərbaycana səfəri: “Bölgədə yaşayan xalqlar arasındakı əlaqələrin yeni mərhələsi...” - ŞƏRH

!Reklam – Yazi

“Dövlətlərin ərazi bütövlüyünə sayqı əsasında birlikdə irəliyə doğru addımlamaq şansları mümkündür”.

Bu sözləri İraq Kürd Muxtariyyətinin rəhbəri N. Bərzaninin Azərbaycana səfərini dəyərləndirən siyasi ekspert Elçin Mirzəbəyli Yenicag.az-a açıəqlamasında bildirib.

O qeyd edib ki, elə tarixən türk və kürd xalqları bölgədə xarici faktorlara qarşı birgə mübarizə aparsalar da, sonrakı dövlər ərzində xarici faktorların təsiri ilə iki xalq arasında münasibətlər zərər görüb:

“İraq Kürd Muxtariyyətində təkcə kürdlər deyil, eyni zamanda Mosul, Kərkük və digər ərazilərdə əslən türkmən, Azərbaycan türkləri kimi soydaşlarımız yaşayırlar. Bu aspektdən də adıçəkilən bölgə ilə Azərbaycanın münasibətlərinin qurulması deməkdir.

Məsələyə başqa bir konteksdən yanaşdıqda isə, sözügedən ərazi yüksək enerji resurslarına malikdir. Azərbaycana məxsus şirkətlərin buradakı imkanlardan istifadə edərək dünya bazarlarında fəal iştirak üçün əməkdaşlıq etməsinə fürsətlər də mövcuddur. Ümumən, bu perspektivdə çoxsaylı imkanlar vardır.

Nəticə etibarı ilə bu, həm də bölgədə yaşayan xalqların arasında əlaqələrin yeni inkişaf mərhələsinə şərait yarada bilər. Bölgə xalqları ərazinin təhlükəsizliyinə məsuliyyət daşıyırlar. Bu baxımdan da dövlətlərin ərazi bütövlüyünə sayqı əsasında birlikdə irəliyə doğru addımlamaq şansları mümkündür. Bununla da bütöv bir bir regionun rifah və təhlükəsizliyini təmin etmək real görünür.

Bundan əlavə qeyd etmək olar ki, Türkiyə şirkətləri də həmin ərazidə geniş fəaliyyət göstərirlər. Xüsusilə, Türkiyənin regionun inşaat sektorunda iştirakı böyükdür. Eyni zamanda bu yönümdə qarşılıqlı əlaqələrin inkişafı da mühüm əhəmiyyətə malikdir. Elə tarixən türk və kürd xalqları bölgədə xarici faktorlara qarşı birgə mübarizə aparıblar.

Əfsuslar olsun ki, sonrakı dövrlərdə bu iki xalqın qarşı-qarşıya qoyulmasına cəhdlər göstərildi. Nəticədə bu gün İraq Kürd Muxtariyyətinin timsalında türk- kürd dostluğunun bariz nümunəsini görə bilirik. Düşünürəm ki, bu önəmli bir platformadır və bunun inkişaf etdirilməsi faydalıdır”.

Yusif Səmədzadə

www.yenicag.az

201
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv