!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bərzaninin Azərbaycana səfəri: “İraq Kürd Muxtariyyəti də enerji yataqları ilə zəngin bir bölgədir” - ŞƏRH

!Reklam – Yazi

“N. Bərzaninin də Azərbaycana baş tutan səfəri enerji sahəsində yeni müqavilələrin imzalanmasına gətirib çıxaracaq”.

Bu sözləri İraq Kürd Muxtariyyətinin rəhbəri N.Bərzaninin Azərbaycana səfərinin iqtisadi tərəflərini dəyərləndirən iqtisadçı ekspert Asif İbrahimli Yenicag.az-a açıqlamasında bildirib.

O qeyd edib ki, İraq müharibəsi bitdikdən sonra Azərbaycanla iqtisadi əlaqələr yarandı:

“Azərbaycan “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin, həmçinin tarixi “İpək Yolu”nun üzərində yerləşdiyi üçün ərazi strateji cəhətdən əhəmiyyət kəsb edir. 44 günlük müharibədən sonrakı dövrdə geostrateji reallıqların dəyişməsi yeni iqtisadi əlaqələr üçün şərait yaratdı.

Qeyd etmək lazımdır ki, ölkənin Orta dəhliz dediyimiz koridorunun da önəmi böyükdür. Çindən Avropayadək olan ticarət əlaqələri Azərbaycana iqtisadi fürsətlər qazandırır. Öncədən qeyd etdiyim 44 günlük müharibədən sonra yeni reallıqların formalaşması Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın açar ölkə rolunu oynamasına şərait yaratdı.

Enerji sektoruna gəldikdə isə, Avropa ölkələri Azərbaycanın enerji daşıyıcılarına yaranan ehtiyacı bu istiqamətdə yeni layihələrin görülməsinə zəmin yaratdı. Daha öncə ölkəmizin enerji resursları Avropanın cəmi 2 faizini təmin edirdisə, artıq layihələrin icrası yeni bazar seqmentlərinin tutulması ilə nəticələndi. Beləliklə 4 dəfədən çox artımla Avropanı enerji ilə təmin edilməsinə başlandı.

Təkcə enerji məsələlərinin təminatı deyil, eləcə də yeni işlərin görülməsi üçün mövcud resurslar olmalıdır. O cümlədən, İraq Kürd Muxtariyyəti də enerji yataqları ilə zəngin bir bölgədir.

İraqdakı müharibə səngiməyə başladıqdan sonra Azərbaycanla da əlaqələr mövcuddur. Məsələn, mən xatırlayıram ki, Azərbaycandan İraqa dondurma məhsulları daşınmasını həyata keçirən müştərilərimiz var idi. Digər məhsullar da ölkəmizdən İraqa İran üzərindən ixrac edilirdi. Sözügedən sahələrdə iqtisadi əməşdaşlıqlar çoxdan mövcud idi.

N. Bərzaninin də Azərbaycana baş tutan səfəri enerji sahəsində yeni müqavilələrin imzalanmasına gətirib çıxaracaq. Beləliklə, əməkdaşlıqların digər istiqamətləri üzrə də yeni addımların atılması gözlənilir”.

Yusif Səmədzadə

www.yenicag.az

246
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv