Reklam

Reklam

“2013-2017-ci illər ərzində dağınıq skleroz xəstəliyi ilə bağlı icra olunan proqram çərçivəsində 1400-ə qədər xəstə müayinə olunub”.

Yenicag.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nevrologiya kafedrasının assistenti Rahim Əliyev deyib. Onun sözlərinə görə, həmin xəstələrdən 1214 nəfərə dağınıq skleroz diaqnozu qoyulub və onlar ümumilikdə 20 ada qədər preparatla təmin edilib: “Həmin müddətdə 170-dən çox xəstədə diaqnoz tamamilə inkar edilib”.

R.Əliyev qeyd edib ki, dağınıq sklerozdan daha çox 20-40 yaş arası qadınlar əziyyət çəkir: “Bu bəlkə də qadınların orqanizmindəki hormonlarla izah edilə bilər. Xəstələyin yaranma səbəbləri dəqiq öyrənilməsə də, bunun bir sıra nəzəriyyələri səslənir. Xəstəliyin daha çox yayıldığı çoğrafi enliklər var. Hətta ekvatordan uzaqlaşdıqca bu xəstəliyə daha çox rast gəlinir. Bunun səbəbi günəşdir. Həm də saatların sayının az olunması ilə izah oluna bilər”.

Xəstəlikdən ölüm hallarının nadir hallarda baş verdiyinə diqqət çəkən mütəxəssis vurğulayıb ki,bu xəstəlik adətən əlilliyə səbəb olur: “Azərbaycanda dağınıq skleroz xəstəliyinə daha çox Bakı şəhərində rast gəlinir. Daha sonra Quba- Xaçmaz, Bakakən-Şəki zonası gəlir. Xəstəliyin yaranma əlamətləri rəngarəngdir. Ona görə də konkret səbəb bəlli deyil. Xəstələr daha çox görmə, müvazinət və hissiyyat pozulması ilə bağlı müraciət edirlər. Bu cür əlamətlər başqa xəstəliklərdə də müşahidə olunduğundan müqayisə etmək üçün dəqiq diaqnoz qoymaq lazımdır. Dağınıq sklerozun genetik meyillilik tam müəyyən olunmayıb. Lakin bir-iki ailədə birinci nəsil qohumlarda bu xəstəliyə rast gəlinib”.

Qeyd edək ki, dağınıq skleroz xəstəliyi nevroloji simptomatikalı, mərkəzi və periferik sinir sisteminin çox ocaqlı pozulması ilə müşayiət olunan, proqressivləşən gedişli xroniki xəstəlikdir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1897
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."