!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Beş min üzv TƏLƏBİ: “Bütün partiyaların Kommunist Partiyasına oxşamasını istəyirlər” – ReAl rəsmisi

!Reklam – Yazi

“Bizim fəlsəfi yanaşmamız budur ki, hökumət partiyaların üzv məsələsinə qarışmalı deyil”.

Bu fikirləri ReAl partiyasının sədri İlqar Məmmədovun sosial şəbəkə hesabında qanunvericiliyin 5 min nəfər üzv tələbinin yerinə yetirilməsinin çətinliyinə dair paylaşımını şərtləndirən səbəblərə toxunan adıçəkilən təşkilatın sədr müavini Natiq Cəfərli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, hökumətin parlamentdə “Siyasi partiyalar haqqında” qanuna yenidən baxaraq dəyişikliklər etməsinin vaxtı çoxdan yetişib:

“Əvvəla, siyasi təşkilatların fəaliyyətinin fəlsəfəsinə uyğun olmayan siyasi partiyalar haqqında yeni qanunla qətiyyən razı olmadığımızı bir daha xatırlatmaq istərdim. Partiyamızın Milli Məclisdəki deputatı da bu qanunun əleyhinə səs verib. İlqar bəy də bunu bir daha ictimai diqqətə çatdırmaq üçün elə bir post paylaşdı.

Təsəvvür edin, həmin qanunla bağlı irəli sürdüyümüz on dörd təklifin heç birini iqtidar nəzərə almadı. Bu isə hakimiyyətin 2020-ci ildən sonra müxalifətlə başlatdığı normal dialoqun ruhuna ziddir. Qarşı tərəfin mövqeyinə məhəl qoyulmursa, bu artıq dialoq yox, diqtə olur.

Digər tərəfdən, bizim fəlsəfi yanaşmamız budur ki, hökumət partiyaların üzv məsələsinə qarışmalı deyil. Üzvlərimizin sayı dörd min doqquz yüz nəfərdirsə, biz partiya ola bilmərik? Axı partiya ideya və proqram deməkdir, insanların sərbəst birləşmək hüququdur… Əslində, etirazımız bununla bağlıdır.

Üzv yığmaq bizim üçün problem deyil, sadəcə, heç vaxt buna çalışmamışıq. ABŞ-nin hakimiyyətdə olan Demokratlar Partiyasının cəmi min üzvü var, onlar da aparat işçiləridir, bəlkə heç üzv də deyillər… Biz də parlament tipli partiya yaratmaq istəmişik. Hökumət isə Kommunist Partiyası yaratmaq istəyir. Deyir, bütün partiyalar Kommunist Partiyasına oxşasın – YAP elə qurulub deyə. Bu doğru deyil axı…

ReAl siyasi partiyalar haqqında qanunla bağlı ATƏT-in Venesiya Komissiyasına müraciət edib və martın 14-də o qurumdan rəy verilməlidir. Rəy yəqin ki çox mənfi olacaq. O baxımdan, hökumətin parlamentdə həmin qanun yenidən baxaraq dəyişikliklər etməsinin vaxtı çoxdan yetişib”.

Bu mövzuda Yenicag.az-a danışan Qorqud Partiyasının sədri Firudin Kərimov yeni qanuna uyğunlaşma prosesinin asan getmədiyini desə də, vəziyyəti mürrəkkəbləşdirməyin əleyhinədir:

“Açığı, qanunda yer alan üzvlərin sayı ilə bağlı tələb bizi daha çox işləməyə məcbur edir və bu proses asan getmir. Ancaq qanun qəbul edilibsə, onun tələbləri yerinə yetirilməlidir. Ancaq bu çərçivədə belə müqayisələrin, bənzətmələrin aparılmasının yerinə düşdüyünü fikirləşmirəm. Dediyim kimi, çətindir, amma bu işləri lazımi müddətdə yekunlaşdırmağa çalışacağıq”

A.Zeynalov

www.yenicag.az

445
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv