!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Bəstəkarlar İttifaqında “yerini tutmayan” məşhur bəstəkar – Xanımından UMU-KÜSÜ

!Reklam – Yazi

“Tahir Əkbər sağlığında haqqını ala bilmədi. Hansı ki, o, çoxdan xalq artisti fəxri adına layiq görülməli idi. Hər gün bu xəbərin ona veriləcəyi, halal haqqını alacağı günü gözləyə-gözləyə yaşayırdı. Amma haqqını ala bilmədi. Bu da onu çox sarsıtdı. Tahirin fəxri adı olmadığı üçün bu gün Bəstəkarlar İttifaqında həmkarları ilə eyni sırada onun fotosu təqdim olunmur. Soruşanda da, səbəb gətirirlər ki, Xalq artisti adı yoxdur. Halbuki Tahir Əkbər bütün bəstəkarlardan fərqli olaraq Azərbaycan musiqisinə iki janr gətirib. Bu fakt Mədəniyyət Nazirliyi və Bəstəkarlar İttifaqının birgə nəşri olan kitabda da təsdiqlənir. Bax, belə şeylər ailəsi olaraq bizi çox incidir”.

Bunu bu gün xatirə günü olan məşhur bəstəkar Tahir Əkbərlə bağlı danışarkən həyat yoldaşı Aybəniz Əkbər Yenicag.az-a açıqlamasında deyib.

Xanımı Tahir Əkbərin sağlığında iki arzusunun olduğunu və həmin arzulardan birini reallaşdırdığını bildirib:

“Artıq Tahirlə bizi 5 illik zaman kəsiyi ayırır. Amma beş dəqiqə belə yeri boş qalmayıb. Zaman keçdikcə onun yoxluğunu daha çox hiss edirik.

Ən böyük arzusu şəxsi evinin olması və çoxdan haqqı olan Xalq artisti fəxri adına layiq görülməsi idi. Onun arzusunun birini çox çətinliklə də olsa, reallaşdırdım. Artıq evimiz var. Tahir Əkbərin həyatda ən çox sevdiyi əşya şəxsi pianosu idi. O piano indi evimizin ən gözəl bəzəyidir və elə hiss edirik ki, Tahir yenə o piano arxasındadır və ən gözəl əsərlərindən birini bəstələyir.

Yaradıcılığı ilə bağlı Tahir Əkbər hər şeyə nail olmuşdu. Yazıb-yaratdıqları ilə Azərbaycan musiqi tarixinə bir sərvət qoyub getdi.

Tahir Əkbərin adı ailəsi üçün yaşıl işıqdır. Tahir sağlığında ikən özünə hörmət-izzət qazanan bir şəxsiyyət idi. Hələ bir nəfər insan Tahir Əkbər haqqında mənfi fikir söyləməyib. Bu insan bütün varlığını musiqiyə həsr etmişdi. Bu gün onun barəsində keçmiş zaman şəkilçisində danışa bilmərəm. Necə deyə bilərəm ki, Tahir həyatda yoxdur. Hər dəfə onun ölməz əsərləri efirlərdə, radiolarda səslənəndə elə bilirəm, Tahir qapını açıb içəri girəcək və ciyərparəsi Bəhriyyəni bağrına basıb deyəcək ki, atanın musiqisi səslənir. Nə qədər ki, Tahirin musiqiləri səslənir, onun ömrü o musiqilərlə davam edəcək”.

Cəvahir

www.yenicag.az

375
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv