!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bəxtiyar müdafiəçilərini necə tərksilah etdi? - “Demokratiya fədaisi”nin siyasi intiharı

!Reklam – Yazi

Yanvarın ikinci yarısından etibarən ölkənin gündəmi yetərincə zəngin və dəyişkəndir. Qarabağda cərəyan edənlər, Tehrandakı səfirliyimizə terror hücumu, yerləşdiyimiz coğrafiyada baş verən ciddi proseslər…

Amma bu fonda aktual mövzuların önə çıxdığı ölkə gündəminin “pərdəsi” qapanır və yeni “səhnə” işıqlanır. Burada nə ölkənin, nə regionun, nə də ki dünyanın məsələləri müzakirə olunur. “Projektor”ların işıqlandırdığı isə bu cəmiyyətə “demokratiya fədaisi” kimi sırınanların əxlaq və tərbiyəsinin formalaşdırdığı intim həyatıdır.

Təbii, şəxsi həyat və onun toxunulmazlığı anlayışını kənara atmaq olmaz. Lakin “şəxsi həyat” qrifi ilə toxunulmazlıq qazanan nəsnə insanın yaramaz mahiyyətini ortaya çıxarırsa, bunun qarşısını necə almaq olar? Həm də vurğulanan “səhnə”də nümayiş olunanlar Bəxtiyar və onun ətrafının ümumi “sandıq ədəbiyyatı”nın açıq ürəklə paylaşdıqları “nümunə”ləridirsə…

Baxanlar və ya onlardan eşidib-duyanlar əmindirlər ki, son hüceyrəyə qədər aşınmanın isbatı olan o görüntülərin, yazışmaların, davranışların şəxsi həyatla əlaqəsi yoxdur. Yaxşı, gəlin həmin foto-video təsvirlərin ictimailəşməsini hamılıqla qınayaq, “Olmaz!” deyək. Bəs əxlaq azğınlığının, bir dəfə göz-gözə gəldiyi zərif cins mənsublarını yatağının potensial sakini olaraq görməyin, hər “akt”ı telefonun yaddaşına köçürüb dost-tanışa göndərməyin adı nədir?

Göründüyü qədər, adam “yataq siyahısı”nı genişləndirmək üçün çox uzağa getməyə də ehtiyac duymayıb. Daxil olduğu cameədə apardığı kəşfiyyat və eksperimentlər, özünə yaxın saydığı insanların doğmaları ilə yaxınlıq “plan”ı doldurmağa bəs edib. Yox, məsafə baxımından istisna da var. Deyilənə görə, Bəxtiyar sırf belə bir görüş üçün ABŞ-yə xüsusi səfər etməkdən də qalmayıb.

Bu məqamlar həbsindən sonra Bəxtiyarın müdafiəsinə qalxanları da peşman edib. Onlardan bəziləri görüb-eşitdiklərindən dəhşətə gələrək acıqla yerə tüpürüb, özlərini söyə-söyə kənara çəkilirlər. Kimlərsə səssiz-səmirsiz, kimlərsə də bütün qəzəblərini yansıtdıqları videomüraciət paylaşaraq…

Hə, Bəxtiyarın FHN və onun şefi ilə bağlılığını təsdiqləyən məlumatın tozanağı yatmamış növbəti, daha betər bir “tufan”ın qalxması adamın dəstəkçilərinin sırasını xeyli seyrəldib. Amma onu yenə müdafiə edərək özlərini qiyabi olaraq Bəxtiyarın əməllərinə şərik edənlər hələ də var. Bu, artıq eyni dəyərlərin, daha doğrusu, dəyərsizliyin daşıyıcısı olmaq anlamına gəlir.

Dəyəri olmayanlardan isə hər rəzalət gözlənilir.

İsmayıl YUSİFOĞLU

www.yenicag.az

243
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv