!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bəxtiyar Sadıqovun pul davası: Hümbətovun yaxın çevrəsi ilə qohum olan zəngin deputatın məqsədi nədir?

!Reklam – Yazi

Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov rəhbərlik etdiyi mətbu orqanın bağlanma təhlükəsi ilə üzləşdiyini bildirərək maliyyə yardımı ayrılmasını tələb edib.

Yenicag.az-ın məlumatına görə, Bəxtiyar Sadıqovun bu tələbi qəzetin nə üçün maliyyə sıxıntısı ilə üzləşdiyi və ya belə bir halın, həqiqətən, mövcud olduğu suallarını ağla gətirib.

Ancaq bu sualın cavabına keçməzdən əvvəl Bəxtiyar Sadıqovun keçmişinə nəzər salmaq lazımdır.

B.Sadıqovun yeznəsi Həsənbala Sadıqov 1993-cü ildə Əlikram Hümbətovun yaratdığı qondarma “Talış-Muğan” respublikasının təhsil naziri təyin edilmişdi. Ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə gələndən sonra H.Sadıqov ölkədən qaçmış, Ə.Hüməbotovla dostluq əlaqələrini də davam etdirmişdi.

Lakin B.Sadıqov parlamentə seçiləndən və “Azərbaycan” qəzetinin baş redaktoru təyin olunandan sonra müxtəlif yollarla H.Sadıqovun ölkəyə qayıtmasını təmin edərək hətta Gəncə Dövlət Universitetində birbaşa kafedra müdiri vəzifəsinə təyinat almasında təsirli rol oynayıb. Həyat yoldaşı Rəfiqə Sadıqova “Gəncənin səsi” qəzetinə baş redaktor, bacısı oğlu isə hərbi komissarlıqda yüksək vəzifələrə təyin olunub.

Yaxın çevrəsinin kimlərlə əhatələndiyini anladığımız B.Sadıqovun düşüncəsinə görə, “Azərbaycan” qəzeti onun ata mülküdür və hökumət pul verməlidir, yoxsa qəzet bağlanacaq.

Xatırlatmaq yerinə düşər ki, B.Sadıqov qəzetə rəhbərlik etdiyi 22 il ərzində “Azərbaycan” qəzetini tamamilə büdcədən asılı vəziyyətə salıb. 22 ildir “Azərbaycan” qəzetində hər gün 15-20 başsağlığı dərc olunur. Sadə hesabla, hər birini 50 manatdan hesablasaq, ortaya aylıq 30 min manat kimi bir məbləğ çıxır. Belə olan halda, onun ifadə etdiyi maliyyə sıxıntısının gerçəyi yansıtmadığını anlamış oluruq.

Vaxtilə bütün deputatları “Azərbaycan”a aylıq pul ödəməyə məcbur edən, rəhbərlik etdiyi qəzetdə ölkə başçısı İlham Əliyevdən daha çox, Ramiz Mehdiyev barədə yazan B.Sadıqovun “maliyyə yardımı” istəyindəki incə səbəb isə, çox güman, “mənimsəmə” arzusunun yeni bir səviyyəsidir.

www.yenicag.az

431
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv