!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bəxtsiz “qisasçı”: Səhvən başqa avtomobili yandırdı

!Reklam – Yazi

Rusiyanın Həştərxan şəhərində kuryoz hadisə qeydə alınıb.

Yenicag.az Rusiya mediasına istinadən xəbər verir ki, yağışdan sonra gölməçənin yarandığı küçə ilə hərəkət edən avtomobil çirkli suyu piyadanın üstünə sıçradıb.

Bundan sonra həmin avtomobilin yaxınlıqdakı küçəyə döndüyünü görən zərərçəkən onu təqib edib.

Bir müddət sonra həmin küçəyə gələn şəxs qisas məqsədi ilə avtomobili yandırıb.

Lakin hadisənin ardınca məlum olub ki, piyada onu isladan avtomobili yox, eyni markadan olan başqa bir maşına od vurub.

Faktla bağlı araşdırma aparılır. Qeyd olunur ki, bu hərəkətə görə “qisasçı”nı 5 ilə qədər həbs cəzası gözləyir.

www.yenicag.az

144
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv