!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bəyimxanım Vəliyevanın solo konserti olacaq - Video

!Reklam – Yazi

May ayının 4-ü, saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində Əməkdar artist Bəyimxanım Vəliyevanın solo konserti baş tutacaq.

Yenicag.az xəbər verir ki, konsert Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə ithaf olunaraq “Sən elə bir zirvəsən” adı altında keçiriləcək.

Bəyimxanımı səhnədə bədii rəhbər Rövşən Qurbanov olmaqla “Buta” instrumental ansamblı müşayət edəcək.

Konsert bir-birindən rəngarəng musiqi repertuarı ilə zəngin olacaq. Repertuarda həmçinin Bəyimxanımın ifasında çox sevilən “Yollara yağış yağır” mahnısının da yer alacağı gözlənilir.

Qeyd edək ki, Bəyimxanımın ilk solo konserti 2015-ci ildə Heydər Əliyev sarayında baş tutub.

Qeyd edək ki, B.Vəliyeva sənətşünaslıq üzrə fəlsəfə doktoru, Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Dövlət Televiziyasının solisti, Azərbaycan Milli Konservatoriyasının baş müəllimidir.

Biletləri İticket.az saytı, İticket mobil tətbiqi və bütün kassalardan əldə edə bilərsiniz.

www.yenicag.az

293
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv