!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Beyin ölümü keçirmiş şəxslərin DONORLUĞU: “Azərbaycan cəmiyyəti buna hazır olmadığından...”

!Reklam – Yazi

“Qan qohumlarından orqan götürmək praktikası dünyada olmasa da, ölkəmizdə mövcuddur”.

Bu fikirləri dünya təcrübəsinə uyğun olaraq, Azərbaycanda meyit donordan orqan köçürülməsi praktikasının mümkünlüyü haqda danışan professor Adil Qeybulla Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, orqan nəqlinin həyata keçirilməsi dünyanın hər yerində icbari tibbi sığorta əsasında baş tutur:

“Bu, Qərb təbabətinin standartlarından biridir. Orqan köçürülməsində əsas məsələ donor haqqında qanun və donor bankının təmin edilməsidir. Donor mənbəyi isə beyin ölümü keçirən praktik sağlam şəxslər olmalıdır. Məhz onlardan müvafiq orqan götürülərək həmin orqana ehtiyacı olan insana köçürülür.

Avtomobil qəzası və ya başqa bədbəxt hadisə nəticəsində travma alaraq beyin ölümü keçirən şəxsləri həyata qaytarmaq mümkün olmadıqda, onların orqanlarından istifadə oluna bilər. Köçürülmə yalnız həmin şəxsin əvvəlcədən razılığı, həmçinin ölən şəxsin valideynləri və yaxınları tərəfindən icazə verildikdə, mümkün ola bilər.

Dünyanın bütün ölkələrində donor mənbəyi məhz beyin ölümü keçirmiş şəxslərdir. Təəssüflər olsun ki, Azərbaycan cəmiyyəti beyin ölümü keçirmiş şəxsdən orqan nəqlinin həyata keçirilməsinə psixoloji olaraq hazır deyil. Qan qohumlarından orqan götürmək praktikası dünyada olmasa da, ölkəmizdə mövcuddur.

Mən bunu doğru hesab etmirəm. Orqanların satılması faktları da kriminal hadisələrə yol açan məqamlardır. Fikrimcə, dediyim bu iki məqam qəti qadağan edilməlidir. Orqan mənbəyi yalnız açıq sistemə salınmış növbəlilik əsasında həyata keçirilməli, orqan nəqli məsələsi sistemli şəkildə təşəkkül tapmalıdır”.

İsmayıl Bakuvi

www.yenicag.az

314
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv