!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Beyin silkələnməsinə görə millidən kənarda qaldı

!Reklam – Yazi

“Arsenal”ın yarımmüdafiəçisi Martin Edeqor Norveç millisinin heyətindən kənarlaşdırılıb.

Yenicag.az xəbər verir ki, buna səbəb 24 yaşlı futbolçunun beyin siklələnməsi keçirməsidir. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

Məşq zamanı top Edeqorun üzünə dəydiyi üçün onda beyin silkələnməsi olub. Həkimlər futbolçunun bir neçə gün istirahət etməli olduğunu bildirib. O, yığmanın Farer adaları və Şotlandiya ilə matçlarında iştirak edə bilməyəcək.

Edeqorun beynəlxalq fasilədən sonra London klubu ilə məşqlərə başlaması gözlənilir.

www.yenicag.az

181
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv