!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Beyinləri dumanlandıran ZƏRƏRLİ MAHNILAR: “Qadağa qoyulsun və...” – Cavanşir Quliyevdən SOS SİQNALI

!Reklam – Yazi

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi zərərli vərdişlərdən istifadəni, tüfeyli həyat tərzini, mental dəyərlərimizə zidd olan davranışları təbliğ edən, aqressiv hərəkətlərə və özünəqəsdə sövq edən mahnıların siyahısını tərtib edib. “Mahnılarımız monitorinq aynasında” adlı kitabda öz əksini tapan bu siyahıda bir çox müğənnilərin mahnıları yer alıb.

Yenicag.az-a açıqlama verən tanınmış bəstəkar Cavanşir Quliyev bunu belə bayağı və dinlənilməsi zərərli olan mahnıların təbliğatının qarşısının alınması istiqamətində mühüm addım kimi dəyərləndirib:

“Konsert salonları, eləcə də radio, televiziyalarda elə mahnıların səsləndirilməsi qadağan olunsun və bu iş bitsin. Biz illərdir ki, bu məsələ ilə bağlı deyirik, danışırıq və bildiririk ki, bunun birmənalı səbəbkarı təbliğat idarələridir. Yəni konsert salonları, radio və televiziyalar. Amma bizim səlahiyyətimiz yoxdur, yalnız dildə deyirik, etiraz edirik. Nəhayət ki, illərdir bizim dediklərimizi indi səlahiyyətli orqanlar rəsmiləşdirir. Gec ayılmışıq, amma ziyanın yarısından qayıtmaq özü də xeyirdir. Baxaq görək nəticə nə olur. Müvəqqəti xarakter alıb sonradan, yəqin ki, yenə də eyni vəziyyət təkrarlanacaq. Çünki sosial şəbəkələrə qadağan edilə bilməz. Çünki o mahnıların əksəriyyəti həmin sosial şəbəkələr vasitəsi ilə yayılır və təbliğ olunur.

Efirlər isə xüsusi nəzarət altındadır. Bir əmrlə, qərarla vəziyyəti dəyişə bilərlər. Amma təbii ki, bunu istəsələr… Keyfiyyətli mahnıları efirlərdə, radiolarda tez-tez səsləndirmək lazımdır. Elə musiqilərə telekanallar açıq olmalıdır, qapalı yox. Çünki tez-tez belə şikayətlər də eşidilir; həmin mahnıları efirlər qəbul etmir, çox vaxt da sənət adamlarına yaxşı efirə verərik deyib, sonradan vermirlər”.

Bəstəkar bir məqamın da önəmli rol oynadığından danışıb. Bildirib ki, gəncləri uşaq vaxtlarından keyfiyyətli musiqilərə alışdırmaq lazımdır:

“Digər bir vacib məqam var; uşaqları körpə vaxtından tərbiyələndirmək, musiqi zövqünü formalaşdırmaq lazımdır. Burada da məsuliyyət əsasən ailə və məktəbin üzərinə düşür. Doğru-düzgün tərbiyə olunan uşaq böyüyəndə “Narkotika” kimi elə bayağı musiqiləri dinləmir. Doğru tərbiyə alan gənc nə qədər təklif olunsa da, narkotik və digər zərərli vərdişlərə meyil etməz. Musiqi də belədir”.

Cəvahir

www.yenicag.az

938
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv