!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Beyləqan məktəbliləri üçün elektron platforma hazırlanıb

!Reklam – Yazi

13.10.2022-ci il tarixində Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Mil” sosial və iqtisadi sahələrdə maarifləndirmə ictimai birliyinin təşkilatçılığı ilə “EDUs təhsil platformasının yaradılması” layihəsinin növbəti tədbiri Beyləqan şəhər 3 saylı tam orta məktəbdə təşkil edilmişdir. Tədbiri giriş sözü ilə açan məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Səbahət Əsədova qonaqları salamlamış və uğurlar arzu etmişdir. Daha sonra ictimai birliyin rəhbəri Mürsəl Behbudlu layihə haqqında ətraflı məlumat vermiş, layihə çərçivəsində yaradılmış “EDUs təhsil platforması”nın iş prinsipi haqqında detallı məlumat vermişdir. Qarşılıqlı diskussiya şəraitində keçən tədbir maraq doğuran məsələlərin müzakirəsi ilə davam etmişdir.

Qeyd edək ki, layihə çərçivəsində yaradılmış eduspro.net platforma Beyləqan rayonunun 2 ümumtəhsil məktəbində tətbiq ediləcəkdir. Bu platformada sinfin bütün hərəkətləri görünəcəkdir.

Layihənin sonunda proqram məktəbə sistem şəklində hədiyyə ediləcəkdir.

Layihənin əsas məqsədi valideyn – müəllim əlaqələrinin elektronlaşdırılması yolu ilə tədrisin keyfiyyətinin artırılmasına dəstək olmaqdan ibarətdir.

 

www.yenicag.az

64
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv