!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Beyləqan rayon mərkəzi xəstəxanası: əsassız iddialar və reallıq

!Reklam – Yazi

Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandırmayan və özlərini “bloqqer”, “tiktoker” adlanıranların sayı artmaqdadır. Əslində özünü qərəzsiz hesab edən bu “bloqqer”lər istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma filan aparmadan, qeyri ciddi kiçik yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz “medya nümayəndəsi”, “bloqqer”, “tiktoker” kimi sırımaq istəyənlər var.

Son günlər bir sıra arqument çatışmamazlığından əziyyət çəkən və adını “bloqqer” yaxud “tiktoker”qoyan şəxslər Beyləqan rayon mərkəzi xəstəxanası üzərinə hücuma keçmək niyyətlərini açıqca biruzə verməkdədirlər. Bütün bu hücumlarda, qərəzli yazıların, düzgün olmayan məlumatların sosial şəbəkələrdə paylaşılması isə onu göstərir ki, qərəzli şəxslər Beyləqan rayon mərkəzi xəstəxanasının şəxsi heyyətinə qarşı çirkin kompaniya aparırlar. Qərəzli şəxslərin sosial şəbəkələrdə paylaşdıqları iddiaları araşdıraraq fərqli mənzərənin şahidi olduq.

Reallığa gəldikdə isə bildirək ki, ölkəmizdə yeni, müasir standartlara cavab verən tibb müəssisələri inşa edilir, ən yeni texnoloji avadanlıqlar ölkəmizə gətirilir. Burada önəmli olan məqamlardan biri respublikamızın mərkəzi şəhər və rayonlarının tibb müəssisələri ilə yanaşı, ən ucqar rayonların tibb müəsssisələrinin də kadr potensialı cəhətdən inkişaf etməsi, maddi-texniki bazasının yenilənməsidir.

Maddi-texniki bazası yenilənən, sürətli inkişaf dövrünü yaşayan xəstəxanalardan biri də Beyləqan rayon Mərkəzi Xəstəxanasıdır.
Beyləqan Rayon Mərkəzi Xəstəxanası 133 çarpayılıqdır. Burada 805 (638 nəfər qadın , 167 nəfəri kişi ) işçi faliyyət göstərir. Bunlardan 98 nəfər həkim, 335 nəfəri orta tibb işçisidir.

Həmçinin Mərkəzi xəstəxanada Təcili yardım bölməsinin müasir tələblərə cavab verən və yeni müasir avadanlıqlarla təmin edilmiş Acil bölməsi fəaliyyət göstərir. Şöbənin özəlliklərindən biri də uşaq təcili tibbi yardım xidmətinin təşkil olunmasıdır. Bildirək ki, təcili yardım bölməsi regionda yaradılan ən böyük Acil bölmələrdən biridir.

Rayonda güzəşt və imtiyazlardan istifadə etmək hüququna malik olan şəxslərə, müharibə əlillərinə, şəhid ailələrinə, kimsəsizlərə, şəkərli diabeti olanlara, nevroloji xəstələrə ödənişsiz dərmanlar verilir, xəstəxana kollektivi bu cür insanlara həssas yanaşmağa çalışır. Rayonda yeni doğulmuş uşaqlar haqqında müvafiq məlumatlar internet vasitəsi ilə TƏBİB və Səhiyyə Nazirliyinə ötürülür və elektron sağlamlıq kartlarının verilməsi işi sistemli şəkildə davam etdirilir. Xəstəxananın həkimləri və orta tibb işçiləri üçün səhiyyənin aktual məsələlərinə dair müntəzəm seminarlar keçirilir.

Bundan başqa Beyləqan rayon Mərkəzi Xəstəxanasında 48 nəfər şəhid ailəsi, 19 nəfər şəhid yaxınları və 100 nəfər Vətən Müharibəsi iştirakçıları işlə təmin olunublar.

Bir sözlə Beyləqan rayon Mərkəzi Xəstəxanasının direktoru Nürəngiz Bəşirovanın rəhbərliyi altında müəssisənin peşəkar tibbi kollektivi əhalinin sağlamlığının qorunması istiqamətində öhdələrinə düşən vəzifə borclarını şərəflə yerinə yetirirlər.

Xəstəxanada müalicə alan xəstələrin müayinələri, laboratoriya təhlilləri, profilaktik yoxlamaları vaxtlı–vaxtında aparılır. Tibb personalının xoş və nəvazişkar davranışları, hər bir xəstə ilə mülayim rəftarı, ehtiyacı olanların nasazlıqlarının aradan qaldırılmasına göstərilən səylər bunu söyləməyə əsas verir.

Rayon sakinlərindən əldə etdiyimiz məlumatlara əsaslanaraq deyə bilərik ki, bu gün Beyləqan rayon Mərkəzi Xəstəxanasında əhaliyə həqiqətən də yüksək səviyyədə tibbi xidmətlər göstərilir ki, bu da xəstəxananın direktoru Nürəngiz Bəşirovanın rəhbərliyinin nəticəsidir. Xəstəxana rəhbərliyinin şəhid ailələrinə və qazilərə xüsusi diqqət və qayğı ilə yanaşması isə rayonda hər kəsə bəllidir.

www.yenicag.az

412
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv