!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Beyləqan şagirdləri elektron imtahana cəlb edildilər

!Reklam – Yazi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi kiçik qrant müsabiqəsi çərçivəsində qalib olmuş və “Mil” sosial və iqtisadi sahələrdə maarifləndirmə ictimai birliyi tərəfindən icra edilən “Region məktəblərində e-qiymətləndirmə sisteminin yaradılması” layihəsi çərçivəsində Beyləqan şəhər 2 nömrəli tam orta məktəbdə ilk e-imtahan təşkil edilib.

Öncə məktəbdə 20 yerlik xüsusi imtahan otağı hazırlanıb. Məktəbin 8-ci sinfi layihə çərçivəsində hazırlanmış elektron proqram təminatı vasitəsilə Azərbaycan dili fənnindən kiçik summativ qiymətləndirmə imtahanına cəlb edilib.

Tədbiri giriş sözü ilə açan ictimai birliyin rəhbəri Mürsəl Behbudlu layihə haqqında geniş məlumat vermiş, proqram təminatının işləmə mexanizmini və e-qiymətləndirmə sisteminin əhəmiyyətini diqqətə çatdırıb. Daha sonra isə 20 nəfər şagird 2 yarımqrup şəklində kompüter arxasında imtahan veriblər. İmtahanın müddəti hər yarımqrup üçün 30 dəqiqə olub. 10 sualdan ibarət imtahan şagirdlərin böyük marağına səbəb olub. Suallara cavab verəndən sonra hər şagird imtahanı bitirərək dərhal səhv və düz cavablarını, həmçinin, bal və qiymətlərini görmək imkanı əldə ediblər. Beləliklə, “Region Məktəblərinin Qiymətləndirmə Sistemi” (RMQS) uğurla tətbiq edilib.

Qeyd edək ki, layihənin əsas məqsədi məktəbdaxili qiymətləndirmə sisteminin elektronlaşdırılması yolu ilə təkmilləşdirilməsinə, çevikləşdirilməsinə və müasirləşdirilməsinə dəstək olmaqdan ibarətdir.

Yaxın günlərdə digər Beyləqan məktəblərində elektron imtahanlar təşkil ediləcək.

www.yenicag.az

181
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv