Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

Beyləqanda ağır qəza - "Kamaz" 45 yaşlı kişini vurub öldürdü

Beyləqan rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Yenicag.az-ın məlumatına görə, hadisə Mingəçevir-Bəhrəmtəpə yolunun 158-ci kilometrliyində, yolun Beyləqan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Beyləqan rayon sakini, 1981-ci il təvəllüdlü Şükürov Səbuhi Ərşad oğlu idarə etdiyi “Kamaz 511” markalı 11 BE 127 dövlət nömrə nişanlı avtomobillə Mingəçevir istiqamətində hərəkətdə olarkən yolu keçən 1974-cü il təvəllüdlü Hüseynov Namiq Allahverdi oğlunu vurub. N.Hüseynov aldığı zəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.

www.yenicag.az

1627
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM