!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Beyləqanda intellektual layihə start götürmüşdür - FOTO

!Reklam – Yazi

Təşkilatımız 01.08.2023-cü il tarixindən etibarən Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Beyləqan məktəbliləri arasında “Vətən” kubokunun keçirilməsi” layihəsinin icrasına başlamışdır. Layihə çərçivəsində Beyləqan məktəbliləri arasında müxtəlif növlər üzrə intellektual yarışmalar keçiriləcək, qaliblər finala vəsiqə qazanacaq, finalın mükafatçıları isə öz hədiyyə, diplom və medallarına qovuşacaqlar.

 

Qeyd edək ki, layihənin ilkin hazırlıq mərhələsi çərçivəsində yarışmanın sualları hazırlanmış, müvafiq hazırlıq işləri görülmüşdür. Layihə 01.08.2023-01.11.2023-cü il tarixlərini əhatə edir. Layihə çərçivəsində Beyləqan rayonu 5 zonaya bölünüb.  Hər zonada yerləşən məktəblilər yarışa cəlb edilir. Hər zonadan ilk 3 yeri tutan komanda finala vəsiqə qazanır. Final 16 komanda arasında “Xəmsə milli intellektual oyun növü” üzrə təşkil ediləcəkdir. Final – “Vətən” kubokunun oktyabr ayının sonunda keçirilməsi planlaşdırılır. Bununla da ümumilikdə 50-ə qədər məktəbdən 540 nəfərə qədər məktəblinin qatıldığı layihəyə də yekun vurulacaq.

 

 

www.yenicag.az

86
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv