!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Beynəlxalq axtarışda olan şəxs ölkəmizə ekstradisiya olundu

!Reklam – Yazi

Baş prokurorluğun vəsatəti əsasında Belarus Respublikası Baş Prokurorluğu tərəfindən «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Əlzamin Mustafayevin ekstradisiyası haqqında qərar qəbul olunub. 

Yenicag.az Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, Cəlilabad rayon prokurorluğunda ibtidai istintaqı aparılan cinayət işi üzrə Əlzamin Mustafayevin qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda ziyan vurmaqla mənimsəmə cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə beynəlxalq axtarışa verilib.

Əlzamin Mustafayev Belarus Respublikasının ərazisində saxlanılaraq noyabrın 25-də  Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

www.yenicag.az

168
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv