!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Beynəlxalq birlik üçün mühüm AMİL: “Laçından sonra növbəti hədəfimiz...” - ŞƏRH

!Reklam – Yazi

“Zəngəzur yalnız Azərbaycan üçün deyil, beynəlxalq birlik üçün də vacib məsələdir. Açıq nümayiş olunmasa da? beynəlxalq birliyin Azərbaycanla mövqeyi eyni olacaq”.

Bunu Laçın dəhlizindən sonra Azərbaycanın növbəti hədəfi olan Zəngəzur dəhlizi haqqda fikirlərini səsləndirən politoloq Samir Hümbətov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, izlədiyim Ermənistan və digər xaricdəki erməni medialarında dərc olunan xəbərlərdə onların çətin vəziyyətdə olduğu və məğlubiyyəti qəbul etdikləri aydın nəzərə çarpır:

“Onların xəbər başlıqlarına fikir versək, əsas iki cümlə diqqətimizi çəkəcək: “Qarabağ artıq Ermənistanın əlindən çıxıb” və “Azərbaycanın Qarabağdan sonra növbəti hədəfi Zəngəzurdur”. Erməni cəmiyyətinin artıq reallığı dərk etdiyi görünür. Azərbaycanın qarşıya qoyduğu hədəfi addım-addım yerinə yetirəcəyini anlayırlar.

Azərbaycan ermənilər üçün dəfələrlə sülh təklif edib. Lakin Ermənistan bu günə qədər yalnız və yalnız düşmənçilik mövqeyi tutub. Bunu atdıqları hər addımda hiss etdiriblər. Müharibədən keçən iki il ərzində ermənilərin dəfələrlə təxribatına şahid olduq. Azərbaycan Laçında nəzarət-buraxılış məntəqəsi qurmaqla bir növ tarixi ədaləti bərpa etdi.

Zəngəzur məsələsinə gəldikdə isə, 10 noyabr bəyannaməsinin şərtlərinə uyğun icra edilməlidir. Bu yalnız Azərbaycan üçün deyil, beynəlxalq birlik üçün də vacib məsələdir. Gələcəkdə Şərq-Qərb nəqliyyat dəhlizinin bir qolunun Zəngəzurdan keçməsi planlaşdırılır. Açıq nümayiş olunmasa da, beynəlxalq birliyin də Azərbaycanla mövqeyi eyni olacaq”.

Nəsimi Ələsgərli

www.yenicag.az

390
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv