Anadolu Yayımcılar Dərnəyinin təşəbbüsü ilə Türkiyənin Hatay vilayətində Beynəlxalq Mədəniyyət, Turizm və Media Qurultayı keçirilib.
Yenicag.az xəbər verir ki, qurultay Anadolu Yayımcılar Dərnəyi, Müəllif Hüquqları Baş İdarəsi və HRT Akdenizin təşkilatçılığı ilə baş tutub. Beynəlxalq Qurultaya Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Numan Kurtulmuş da qatılıb. Antakyada o keçirilən qurultayda həmçinin çoxlu sayda tanınmış köşə yazarları, media qurum və araşdırmacılar iştirak edib. Onlar Hatayın Türkiyə üçün əhəmiyyəti barədə danışaraq bu şəhərin turizm və mədəniyyət sahəsində böyük potensiala malik olduğunu bildiriblər.
Qurultayın Hatayda keçirilməsinin təsadüfi olmadığı bildirilib.
Qeyd edək ki, Media Qurultayında Azərbaycandan Yeni Çağ Media Qrupunun rəhbəri Aqil Ələsgər qatılıb.