!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinə İran ƏNGƏLİ: "Putinin sazişin tezliklə hazırlanacağını söyləməsi onu deməyə əsas verir ki..."

!Reklam – Yazi

“Dünyanın ən böyük logistika qovşaqlarından biri olacaq Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi İranın ucbatından ləngiyir”.

Bu sözləri Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinin reallaşması fonunda İranla Azərbaycan arasında saziş bağlanması ehtimalını dəyərləndirən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Qabil Hüseynli bildirib ki, sözügedən marşrutun açılmasına İran mane olur:

“Şimal-Cənub marşrutu 2018-ci ildə qərarlaşdırılıb və saziş imzalanılıb. Bu, dünyanın ən böyük logistika qovşaqlarından biri olacaq. Hər üç ölkə üçün də çox böyük iqtisadi səmərə verəcək. Xüsusilə Rusiya bu yolun tikilib başa çatdırılmasında çox maraqlıdır. Çünki Rusiyanın Qərblə əlaqələri minumuma enib. İndi o, üzünü cənuba çevirib. Türkiyə, İran, Çin və Hindistanla əlaqələri sahmanlamağa çalışır. Bu məsələdə ən böyük diqqəti Azərbaycan ərazisindən keçəcək Şimal-Cənub dəmir yolu marşrutuna verir.

Azərbaycan öz üzərinə düşən öhdəliyi 2019-cu ildə həyata keçirib. Azərbaycandan Astara dəmir yolu uzadılaraq 40 kilometr İran ərazisinə ötürülüb. Üstəlik, Astara çayının üzərində dəyəri 40 milyon dollar olan dəmiryol və şose yolu körpüsü tikilib. Rusiya tərəfdən yollar açıqdır. Bu işi pozan İran olub. İran söz vermişdi ki, 2019-cu ilin axırlarına qədər İran Astarasından Rəştə qədər 380 kilometrlik dəmir yolu çəkilib işə salınacaq. Beləliklə, Şimal-Cənub xətti İranın Fars körfəzindəki Bəndər-Abbas limanına qədər uzanacaq. İran hələ də bunu yerinə yetirməyib. Üstəlik, bir neçə dəfə İran Azərbaycandan faizsiz kredit alıb ki, tikintini bitirsin. Son bir neçə ayda Rusiya bu marşrut xəttinin üzərinə çox ciddi şəkildə düşüb. Rusiya nəqliyyat xəttinin işə düşməsini ciddi sürətdə tələb edir. Ötən ilin oktyabr ayında Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İranın yol infrastrukturu naziri və Rusiyanın Baş nazirinin müavinləri ilə görüşdü, son tamamlama işləri ilə bağlı bir sıra məsələləri razılaşdırıb qərarlaşdırdılar.

Putinin sazişin tezliklə hazırlanacağını söyləməsi onu deməyə əsas verir ki, İran tərəfi hansısa problem ortaya çıxarıb. Məlumatıma görə, layihəni yubadan İrandır, yeri gəlmişkən, ən böyük qazancı götürən də İran olacaq”.

Səxavət Məmməd

www.yenicag.az

492
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv