!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Beynəlxalq Qirmızı Xaç Komitəsi, yoxsa Beynəlxalq Qaçaqmalçılıq Komitəsi? - “Düşmənə xidmət edənlər...” –  ŞƏRH

!Reklam – Yazi

“Azərbaycan belə qanunsuz fəaliyyətlərin qarşısının alınması və gələcəkdə təkrarlanmaması üçün real şəraitə uyğun olaraq bütün zəruri addımları atacaq”.

Bunu beynəlxalq humanitar təşkilat olan BQXK-nin Azərbaycan ərazisində beynəlxalq hüquqa tamamilə zidd olan qanunsuz fəaliyyətinin Laçın sərhəd-buraxılış məntəqəsində qarşısının alınmasından və Azərbaycanın atacağı addımlardan danışan hərbi ekspert Ədalət Verdiyev Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, BQXK-nin Qarabağda göstərdiyi fəaliyyətdə ciddi qanun pozuntularına yol verməsi təəssüf hissi doğurur:

“Bu təşkilatın nümayəndələri onlara verilən səlahiyyətlərdən sui-istifadə etməklə qaçaqmalçılıq fəaliyyəti göstərib. Heç kim bu təşkilatın Azərbaycan ərazisinə daha əvvəl Ermənistandan silah-sursat daşımadığına zəmanət verə bilməz. Azərbaycan ərazisinə daşınan həmin mallar qeyri-qanunidir. Rəsmiləşdirilməyib və gömrük rüsumu ödənməyib. Bu isə Azərbaycan üçün böyük maliyyə itkiləri deməkdir.

Azərbaycan bu qanunsuzluqlara dözmək niyyətində deyil. BQXK-nin Qarabağda fəaliyyət göstərən nümayəndələri arasında Azərbaycana dost olmayan, düşmənçilik münasibəti bəsləyən ölkələrin vətəndaşlarının yer alması qəbuledilməzdir. Bunun qarşısı qətiyyətlə alınacaq. Həmin şəxslərdən bir neçəsinin Azərbaycandan qovulması faktdır.

BQXK Azərbaycana qarşı mənfi mövqedə dayanıb. Təşkilatın nümayəndələri Ermənistanın maraqlarından çıxış ediblər. Azərbaycanın 4 mindən çox itkin vətəndaşı haqda nə BQXK, nə də nümayəndələri aydınlıq gətirib.

Bu təşkilat daha öncə də qanunsuz fəaliyyəti ilə bağlı Azərbaycan tərəfindən xəbərdar edilib. Qanun pozuntuları onların diqqətinə çatdırılıb. Lakin BQXK-nin regional bölmələri heç bir adekvat tədbir görməyib. Azərbaycan belə qanunsuz fəaliyyətlərin qarşısının alınması və gələcəkdə təkrarlanmaması üçün real şəraitə uyğun olaraq bütün zəruri addımları atacaq”.

Nəsimi Ələsgərli

www.yenicag.az

1458
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv