!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Beynəlxalq standartlardan uzaq qalan BANK SEKTORU: “O qaydaların məcburi tətbiqi...” - TƏKLİF

!Reklam – Yazi

“Bank sektorunda müəyyən çatışmazlıqlar var və onların aradan qaldırılması üçün ciddi təkmilləşdirmə işləri aparılmalıdır”

Bu fikirləri ölkənin bank sektorunda aradan qaldırılması vacib olan çatışmazlıqlara toxunan iqtisadçı Asif İbrahimov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bank sektorundakı əsas problemlərdən biri kredit faizlərinin yüksək olmasıdır:

“Bu gün dünyada qlobal iqtisadi problemlər fonunda ciddi böhranlar yaşanmaqdadır. Bununla belə, böhran bir çox sahələrə əhəmiyyətli dərəcədə təsir etsə də, bank sektorunda pul köçürmələrində ciddi narahatlıq yoxdur. Ölkədə, xüsusilə fiziki və hüquqi şəxslər pul köçürmələrini rahatlıqla həyata keçirə bilirlər.

Ümumilikdə bank sektorunda müəyyən çatışmazlıqlar var və onların aradan qaldırılması üçün ciddi təkmilləşdirmə işləri aparılmalıdır. Bank sektorunda xidmətlərin çox olduğu hər kəsə məlumdur. Bu baxımdan, beynəlxalq standartların tələbləri yerli bank sektorumuzda məcburi qaydada tətbiq edilməlidir.

Bir sıra məsələlərdə Azərbaycan postsovet ölkələrindən geridə qalır. Xüsusilə də kredit faizlərinin yüksək olmasının qarşısının alınmasına və əmanətlərin sığortalanmasında praktiki metodologiyaların tətbiqinə ehtiyac var.

Eyni zamanda, vətəndaşa hansısa xidmət göstəriləndə bir çox sənədlər tələb olunur. Yaxşı olardı ki, müvafiq qurumlar bir-birilə əlaqəli şəkildə işləsin və vətəndaşlar onlardan istənilən sənədlərin çoxluğundan əziyyət çəkməsin”.

Gülşən Şərif

www.yenicag.az

608
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv