Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Beynəlxalq təşkilatlar bizə təsir göstərib haqq yolundan döndərməyə çalışır - Sahibə Qafarova

Reklam: Sinerji Pro

Hamımızın ürəyi cəbhə xəttində döyüşən ordumuzla döyünür, ordumuz düşmənə qarşı uğurla əks-hücum əməliyyatı keçirir və düşmənə ağır zərbələr endirir.

Yenicag.az-ın məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

S.Qafarova bildirib ki, Azərbaycan ordusunun gücünü görən bəzi qüvvələr, vaxtilə susan bəzi beynəlxalq təşkilatlar indi müxtəlif bəyanatlarla çıxış edirlər: “Bizə təsir göstərib haqq yolundan döndərməyə çalışırlar. Bu beynəlxalq təşkilatlara cavab olaraq Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanın sözlərini yada salmaq düüşünürəm ki, yerinə düşər. Biz işğal altında olan torpaqlarımızı bərpa edirik. Qarabağ bizim əzəli torpağımızdır”.

www.yenicag.az

208