!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Beynəlxalq təşkilatların prinsipsizliyi: "Zamanında verdikləri qərarı necə icra ediblərsə..." - ŞƏRH

!Reklam – Yazi

“Ruben Vardanyan Qarabağdan getmədikcə, ekofəalların tələbləri yerinə yetirilmədicə, Beynəlxalq təşkilatlar nə qərar verirsə versin, mənasızdır”.

Bunu Qarabağ ətrafında cərəyan edən hadisələri və regiondakı vəziyyəti dəyərləndirən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.

Yusif Bağırzadə bildirib ki, Azərbaycanla bağlı nə qərar qəbul edirlərsə etsinlər, heç bir əhəmiyyəti yoxdur:

“Münxen platformasında İlham Əliyev Azərbaycanın mövqeyini bir daha ortaya qoydu. Rəsmi Bakı bəyan etdi ki, etnik ermənilər öz vətəndaşıdır və onlara digər vətəndaşlarla eyni hüquq veriləcək.

Rusiya tərəfindən Ruben Vardanyan Qarabağa göndərilib. Avropa İttifaqının nümayəndə heyəti Ermənistandadır. Bundan əlavə, Fransa jandarmaları və alman polisi də nümayəndə heyətinin tərkibindədir. Onların Ermənistandakı fəaliyyəti qeyri-qanunidir. Onlar fəaliyyətə başladıqları gün müxtəlif istiqamətlərdən atəşkəs pozuldu.

Ekofəalların aksiyası o zaman dayana bilər ki, tələblər yerinə yetirilsin. Əlavə olaraq da, Ruben Vardanyan Qarabağdan getməlidir.

Qarabağın işğal edilməsi ilə bağlı BMT-nin 4 qətnaməsi var idi, əməl edilmədi. Bundan başqa Avropa institutlarının qərarları oldu, heç biri icra olunmadı. Belə olan təqdirdə Azərbaycan niyə hansısa qərara əməl etməlidir? Qərarların heç bir əhəmiyyəti yoxdur. Zamanında verdikləri qərarı necə icra ediblərsə, bunu da elə icra edərlər”.

Səxavət Məmməd

www.yenicag.az

386
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv