!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Beynəlxalq Zəngəzur” adlı elmi konfrans keçiriləcək - FOTO

!Reklam – Yazi

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi “Beynəlxalq Zəngəzur” adlı elmi konfrans təhsis edib.

Mərkəzin rəhbəri Samir Hümbətov Yenicag.az-a bildirib ki, sentyabrın 26-da ilk konfransları keçiriləcək. Həmçinin, mərkəzin rəhbəri konfrans haqqında ətraflı məlumat verib. O bildirib ki, “Beynəlxalq Zəngəzur” konfransını təsis etməkdə əsas məqsəd Azərbaycanın tarixi torpaqları olan Zəngəzurun ölkəmizin tarixi əraziləri, əzəli və əbədi torpaqları olduğunu bir daha dünyaya çatdırmaqdır.

Eyni zamanda təşkilatçılar tarixi irsimizin qorunub-saxlanılmasını həyata keçirmək istəyirlər. Xüsusilə də, elm adamlarının imkanlarından, potensiallarından istifadə etməklə dünya ictimaiyyətinə Zəngəzurun Azərbaycanın tarixi torpaqları olduğunu bir kəs daha çatdırmaq məqsədlərinə nail olmaq istəyirlər.
Samir Hümbətov onu da qeyd edib ki, burada əsas missiyaları Azərbaycan elminin, Azərbaycan elm adamlarının dünya elmi və dünya elm adamları ilə inteqrasiyasını surətləndirməkdədir. Yəni, burada dünyanın bir neçə ölkəsində iştirak etmək istəyən elm adamları ilə Azərbaycan elm adamları arasında dərin əlaqələrin formalaşması, qarşılıqlı elmi mübadilənin açılması, elmi müzakirələrin aparılması əsas məqsədləridir. Nəticədə də, elmi müzakirələrin sonucu olaraq dərin potensiala malik Azərbaycan elm adamları dünya elminə töhfələrini göstərmiş olsunlar.
Konfransı təşkil edənlər ümid edirlər ki, dövlətimiz, xalqımız üçün təsis olunan “Beynəlxalq Zəngəzur” konfransı xeyirli, uğurlu və faydalı olacaq.

 

www.yenicag.az

572
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv