!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Beyonsun konserti İsveçdə inflyasiyaya səbəb oldu

!Reklam – Yazi

Amerikalı müğənni Beyonsun solo konserti may ayında İsveçdə inflyasiyanın 9,7%-ə qalxmasına səbəb olub.

Yenicag.az “Guardian”a istinadən xəbər verir ki, superstarın dünya turu çərçivəsində mayın ortalarında İsveçdə verdiyi iki solo konsertində iştirak etmək istəyən on minlərlə fanatı İsveçin paytaxtı Stokholma axın edib.

Təxminlərə görə müğənninin hər konsertində ortalama 46 min nəfər iştirak edib.

Məlumatda bildirilib ki, Stokholma gələnlərin sayının qəfil artması səbəbilə hotel və restoranların, istirahət mərkəzlərinin qiymətləri artıb, həmçinin geyim qiymətləri bahalaşıb. Bir çoxları paytaxt hotellərində yer qalmadığı üçün şəhərdən kənarda qalmalı olublar.

Bildirilib ki, bilet qiymətlərinin ucuz olması, həmçinin İsveçin milli valyutasının nisbətən zəif olması səbəbilə uzaq ölkələrdən gələnlərin sayı da kifayət qədər çox olub.

 

www.yenicag.az

171
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv