!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Beyrutda 50-dən çox nümayişçi xəsarət aldı

!Reklam – Yazi

Livanın paytaxtı Beyrutun mərkəzində daxili təhlükəsizlik qüvvələri və ordu ilə toqquşmalar zamanı yaralananların sayı 54 nəfərə çatıb.

Yenicag.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb. Məlumata görə:

“54  nümayişçi xəsarət alıb. Onlarla insan xəstəxanaya yerləşdirilib. Şəhərin mərkəzində təcili tibbi yardım maşınları tez-tez gözə dəyir”, – deyə bildirilib.

Livanın Daxili İşlər Nazirliyi üçü zabit olmaqla 20 polisin yaralandığı açıqlanıb.

Telekanalın müxbirinin verdiyi məlumata görə, qarşıdurma etirazçı kütləsinə üçüncü dəfə tüstü bombası atıldıqdan sonra meydana gəlib. Etirazçılar polis kordonlarını daşlamağa başlayıblar. Nümayişçiləri dağıtmaq üçün asayiş keşikçiləri gözyaşardıcı qazdan istifadə etməli olub.

Qeyd edək ki, aksiya iştirakçıları ilə ordu arasında ciddi qarşıdurma bir qrup fəalın parlament binasına daxil olmağa cəhd etməsindən sonra başlayıb. Daş, dəyənək və gözyaşardıcı qazın istifadə olunduğu qarşıdurmalar bir neçə saat davam edib. Bir qədər sonra Livanın digər şəhərlərindən olan fəallar da öz tərəfdaşlarına dəstək olmaq üçün Beyrutun mərkəzinə gəlməyə başlayıb.

www.yenicag.az

645
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv