!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Beyrutda DƏHŞƏT - Partlayışda həlak olanların sayı 100 nəfəri keçdi

!Reklam – Yazi

Livanın paytaxtı Beyrutda ötən gün baş vermiş güclü partlayış nəticəsində həlak olanların sayı 100 nəfəri keçib.

Yenicag.az-ın məlumatına görə, bunu Livanın Qırmızı Xaç komitəsi bildirib.

Qeyd olunur ki, dağıntılar altında çoxlu sayda qalanlar olduğu üçün, ölü sayı arta bilər.

Yaralıların sayı isə 4 mini keçir. Şəhər xəstəxanalarında yerlər dolduğu üçün bəzi yaralıları morqlarda qəbul edirlər.

Bundan başqa, partlayış nəticəsində havaya zərərli maddələrin yayıldığı barədə məlumat verilib. Sakinlərə evləri tərk etməmək tövsiyə edilib.

www.yenicag.az

485
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv