Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Bəzi DYP əməkdaşları vətəndaşları korononavirusla yoluxdura bilər" - Tanınmış ekspertdən Kamran Əliyevə MÜRACİƏT

“Bəzi məmurlar özlərini virusdan qorumaq üçün istifadə etdikləri qoruyucu əlcəklərlə sağlam vətəndaşları xəstəliyə yoluxdura bilər”.

Bunu Yenicag.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

O, vətəndaşların sənədlərini yoxlayan Dövlət Yol Polisi işçiləriniin qoruyucu əlcəklərdən düzgün istifadə etmədiklərini deyib:

“Onlar vətəndaşların sürücülük, şəxsiyyət vəsiqələri və digər sənədlərinə baxıb geri qaytarır. Hər dəfə eyni əlcəkdə olurlar. Nəticədə bu əlcək yalnız onları qoruyur. Amma əlcəkdən sənədə keçən virus digər sağlam adamları xəstəliyə yoluxdura bilər. Bu yolverilməzdir. Ya həmin məsuliyyətli məmur hər dəfə əlcəyi dəyişməlidir, ya da vətəndaşın sənədinə toxunmadan baxmalıdır. Elə saytınız vasitəsi ilə Kamran Əliyevə müraciət edirəm ki, bu məsələnin həlli ilə bağlı həmin səlahiyyətli şəxslərə tapşırıq verilsin”.

Cəvahir

www.yenicag.az

753