Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Bəzi mollaların danışdığı sözlərə qulaq asmaq olmaz" - Cavid Qurbanov

“Bəzi mollaların boş-boş danışdığı sözlərə qulaq asmaq olmaz. Çünki onların səsləndirdiyi fikirlər xurafatdan başqa bir şey deyil”.

Yenicag.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov “Dini ekstremizm-ictimai təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi” mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqı İslam dininə inanır: “Çünki dövlətimiz tolerantdır. Kimisə nəyəsə məcbur etmirik. Hər kəs ayıq-sayıq və dövlətin yanında olmaldır. Bu gün ölkəni parçalamaq istəyən çoxdur”.

C.Qurbanov qeyd edib ki, dəmiryolçular dini məsələdə ayıq-sayıqdırlar: “İslam bir elmdir və buna elmi yanaşmaq lazımdır, İslamı xurafata çevirmək olmaz”./Report/

www.yenicag.az

1378
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS